Gənc yunan-Roma güləşçilərimiz dünya çempionunun şərəfinə həsr olunmuş turnirdə iştirak edəcəklər
Gürcüstanda dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək.

Məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında mayın 13-dən 14-dək Batumidə 13 güləşçimiz turnirdə qüvvəsini sınayacaq. Heyətdə Zülfüqar Əliyev (50 kq), Zaur Nuriyev, Elvin Mustafayev (hər ikisi 55 kq), Kamran Mirzəliyev, Elvin Musayev (hər ikisi 60 kq), Cavid Miralayev (74 kq), Tuncay Vəzirzadə, Aslan Məmmədov (hər ikisi 84 kq), Tehran Əminzadə, Soslan Fanziyev, Nizami Şəmilov, Sayqidmaqomed Omarov (hamısı 96 kq) yer alıblar.

Turnirin ilk günündə 50, 60, 74, 96, ikinci günündə isə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edəcək.

Xəbər 949 dəfə oxundu.