Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin İslamiada üçün heyəti müəyyənləşib
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Millimizin heyətində birincilik uğrunda Vüqar Bayramov, Tural Həsənli, Cavid Süleymanov, Emil Abdullayev, Rəsul İbrahimov, Pərviz Səmədov, Dmitri Obodnikov, Bartlomiej Lipinski, Aleksey Çervyakov, İvan Kazaçkov, Dmitri Baranov, Yusuf Ərdəm, Milos Hebda və Kənan Allahverdiyev yarışacaqlar.

Voleybolçularımız IV İslam Həmrəyliyi Oyunlarının “A” qrupunda Türkiyə, Türkmənistan və Pakistan yığmaları ilə qarşılaşacaqlar. Millimiz ilk oyununu mayın 11-də Pakistan yığmasına qarşı keçirəcək.

Xəbər 744 dəfə oxundu.