“Bakı” Almaniya klubuna şans vermədi
Bu gün qadın voleybolçular arasında Çellenc kubokunun ilk yarımfinal matçları baş tutub. İdman.com.az saytının məlumatına görə, yarışın debutantı “Bakı” Almaniyanın “Zuhl” komandamının qonağı olub. Əvvəldəndən sonadək üstün oyun nümayiş etdirən paytaxtlılar, inamlı qələbə qazanıblar – 3:0. Cavab qarşılaşması martın 18-də olacaq.

Çellenc kuboku. Qadınlar
1/2 final, ilk matç

14 mart

“Zuhl” (Almaniya) – “Bakı” (Azərbaycan) - 0:3 (24:26, 19:25, 17:25)
Hakimlər: Stefano Çezare (İtaliya), Lusian Vlad (Rumıniya)

Xəbər 978 dəfə oxundu.