İslamiada: Əlcəzair yığması Pakistan kollektivinə böyük hesabla qalib gəlib
Mayın 10-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində kişi həndbolçular arasında günün ilk qarşılaşması keçirilib.

"A" qrupu çərçivəsində Pakistan yığması ilə qarşılaşan Əlcəzair həndbolçuları ilk dövrəni 20:8 hesabı ilə öz xeyrinə tamamlayıblar. Matçın ikinci hissəsində də rəqibinə şans verməyən Əlcəzair yığması 27:16 hesabı ilə qalib gəlib. Beləliklə, ümumi hesabda 47:24 hesabı ilə qələbə qazanan Əlcəzair millisi böyük hesablı qələbəni rəsmiləşdirib.

Matçı misirli hakimlər briqadası idarə edib.

Xəbər 543 dəfə oxundu.