İslamiada: Həndbol üzrə İraq millisi İordaniya üzərində asan qələbə qazanıb | |
Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında həndbol yarışının qrup mərhələsi çərçivəsində "B" qrupunda yer alan İraq və İordaniya yığmaları qarşılaşıblar. Oyun İraq komandasının 37:15 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın ilk hissəsində 20:7 hesabı ilə qələbə qazanan İraq həndbolçuları ikinci hissəni də aktivlərinə yazıblar - 17:8. İraq həndbolçuları görüşün sonlarını azlıqda keçirməli olub. Belə ki, Məcid Alakayşi qarşılaşmanın 23-cü dəqiqəsində oyundan kənarlaşdırılıb. "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən oyunu misirli hakimlər briqadası idarə edib. |
|
Xəbər 766 dəfə oxundu. |
|
|