Azərbaycanın qadın həndbolçuları “Bakı-2017”yə uğurla start veriblər
Mayın 9-da qadın həndbolçulardan ibarət Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb.

Günün son oyununda Azərbaycan milli komandası Kamerun yığması ilə qarşılaşıb.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən qarşılaşmanın ilk hissəsi 16:14 hesabı ilə millimizin xeyrinə yekunlaşıb. Matçın ikinci hissəsində də üstünlüyü əldən verməyən komandamız İslamiadaya qələbə ilə başlayıb - 28:26.

Matçı ruminiyalı hakimlər briqadası idarə edib.

Xəbər 723 dəfə oxundu.