"Novruz-2012"-yə start verilir
Martın 16-da Qırğızıstanın Bişkek şəhərində XIX Beynəlxalq "Novruz-2012" turniri start götürür. İdman.com.az saytı xəbər verir ki, Kojomkula adına İdman Kompleksində dairəvi üsulla keçiriləcək və martın 23-ə kimi davam edəcək turnirdə Azərbaycan basketbolçuları ilə yanaşı Özbəkistan, Rusiya, ABŞ, Qazaxıstan və Qırğızıstanın komandaları iştirak edəcək. Yığmamızın yarış cədvəli belədir:

17 mart
"AİA" (ABŞ) - Azərbaycan

18 mart
"Kapşaqay" (Qazaxıstan) - Azərbaycan

19 mart
Azərbaycan - Özbəkistan

20 mart
Azərbaycan - UrFU (Rusiya)

21 mart
Azərbaycan - Qırğızıstan

Xəbər 1069 dəfə oxundu.