Azərbaycanlı boks hakimi İslamiadaya təyinat alıb
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib.
"Baku Crystal Hall"da keçiriləcək yarışlara 27 ədalət təmsilçisi təyinat alıb.

Siyahıda azərbaycanlı referi də var. Mayın 12-18-də keçiriləcək kişi boksçularının mübarizəsi zamanı Mehman Mürsəlov ədaləti qoruyacaq hakimlərdən biri olacaq.
Qeyd edək ki, yığmamızın üzvləri İslamiadada 10 çəki dərəcəsinin hamısında rinqə çıxacaqlar.


Xəbər 701 dəfə oxundu.