“Bakı-2017”: IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışları başlayıb
Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarına start verilib.

Günün ilk qarşılaşması kişilər arasında “A” qrupunda Səudiyyə Ərəbistanı millisi ilə Əlcəzair komandası arasında keçirilir.

Həndbol üzrə kişilər arasında səkkiz, qadınlar arasında dörd komanda mübarizə aparır. “A” qrupunda Azərbaycan, Səudiyyə Ərəbistanı, Əlcəzair, Pakistan, “B” qrupunda Türkiyə, Mərakeş, İraq, İordaniya yığmaları yer alıblar.

Qadınların yarışında isə Azərbaycan həndbolçuları Türkiyə, Özbəkistan və Kamerun kollektivləri ilə yarışacaq.

Bütün görüşlər “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.

Xəbər 1098 dəfə oxundu.