“Bakı-2017”: Fələstin və Oman milliləri üz-üzə
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının “A” qrupu çərçivəsində növbəti oyun keçirilir.

“AZAL Arena”da Fələstin və Oman milli komandaları qarşılaşır.

Fələstin yığmasının start heyətində Mohammed Saleh, Yazan İvaivi, Mohammed Yamin, Mohammad Maraaba, İslam Batran, Ahmed Seyidahmed, Yusif Alashhab, Qanim Mahajna, Mahmud Abuvarda, Oday Dabbag və Mohammed Dərviş yer alıblar.

Oman yığmasının ilk onbirliyində isə meydana Hassan Əl-Saadi, Al-Mas Məcid Salim Əl-Saadi, Qədhafi Mahruqi, Cuma Əl-Həbsi, Marvan Vadi Avlad, Yusaif Əl-Muxaini, Muhsen Əl-Qassani, İbrahim Əl-Savvafi, Salaah Əl-Yahyai, Əziz Abdul Əl-Qeilani və Bilal Əl-Baluşi çıxıblar.

Oyunu moldovalı hakimlər briqadası idarə edir.

Xəbər 607 dəfə oxundu.