“Spartak” futbol klubu Rusiya çempionu olub
Futbol üzrə Rusiya çempionatında qızıl mükafatçı müəyyənləşib.

“Spartak” klubu Rusiya Premyer Liqasında sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Paytaxt təmsilçisi buna “Tom” üzərində əldə edilən qələbə və “Zenit”in “Terek”ə minimal hesablı məğlubiyyətindən sonra nail olub.

Moskvalılar sonuncu dəfə 2001-ci ildə ölkə çempionu olublar və bu onların onuncu qalibiyyətidir.

Xəbər 976 dəfə oxundu.