Azərbaycan triatlonçusu dünya kuboku yarışlarının gümüş medalını qazanıb
Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Çenqduda (Çin) keçirilən dünya kuboku yarışlarının gümüş medalını qazanıb.

Yarış iki mərhələdən ibarət olub. Əvvəlcə idmançılar yarımfinalda mübarizə aparıblar. Rostislav Pevtsov yarımfinalda 6-cı olub və finala vəsiqə qazanıb.

Finalda 400 metrlik su məsafəsini idmançımız 4 dəqiqə 57 saniyəyə başa vurub. Ardınca isə 10 kilometr velodistansiyanı 13 dəqiqə 39 saniyəyə qət edib. Nəhayət, yarışların son mərhələsi – 2,5 kilometrlik qaçış zolağını R.Pevtsov 7 dəqiqə 2 saniyə nəticə ilə yekunlaşdırıb. Ümumi hesablamada R.Pevtsov 26 dəqiqə 48 saniyə nəticə göstərərək ikinci yerə sahib olub.

Xatırladaq ki, cari mövsümdə R.Pevtsov Las-Palmasda keçirilən Avropa kubokunun qalibi olub və Rabat şəhərində təşkil olunan açıq Afrika kuboku yarışlarında qızıl medal qazanıb.

Xəbər 512 dəfə oxundu.