Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı Praqada şahmat turniri keçirilib
Azərbaycanın Çexiyadakı səfirliyinin təşkilatçılığı, “City Building” təşkilatının sponsorluğu və “Elson Grand” təşkilatının dəstəyi ilə Praqa şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş həvəskarlar arasında artıq ənənəvi beynəlxalq şahmat turniri təşkil olunub.

Artıq 3-cü ildir keçirilən turnirdə Çexiya, Azərbaycan və digər ölkələrdən olan həvəskar şahmatçılar iştirak ediblər. Turnirin sonunda qaliblər mükafatlandırılıblar.

Turnirin keçirildiyi salonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş kitab və jurnallar, habelə müvafiq broşürlər iştirakçılara paylanılıb.

Xəbər 1097 dəfə oxundu.