IV İslam Həmrəyliyi Oyunlarında Qazaxıstandan 32 idmançı mübarizə aparacaq
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Qazaxıstandan 32 idmançı mübarizə aparacaq. Qazaxıstanlı atletlər idmanın beş növü - boks, cüdo, sərbəst güləş, qadın güləşi və taekvando yarışlarında iştirak edəcəklər.

Nümayəndə heyəti rəhbərinin müavini Ramazanova Karlıqaş Qazaxıstan idmançılarının IV İslam Həmrəyliyi Oyunlarında uğur qazanacaqlarına inandıqlarını bildirib.

Qazaxıstan İslam Həmrəyliyi Oyunlarına ilk dəfə qatılıb.

AZƏRTAC

Xəbər 761 dəfə oxundu.