“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında üçüncü tur oynanılıb
Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Beynəlxalq Şahmat Festivalında üçüncü turun oyunları başa çatıb.

“A” qrupunda keçirilən qarşılaşmalarda belçikalı qrossmeyster Vadim Malaxatko (2487) azərbaycanlı qrossmeyster Nicat Abbasovla (2575), rusiyalı qrossmeyster Vladimir Burmakin (2508) belaruslu qrossmeyster Nikita Mairovla, rusiyalı qrossmeyster Sergey Volkov (2617) isə azərbaycanlı şahmatçı Ülvi Sadıqovla (2467) xalları yarı bölüblər.

Beləliklə, turnir cədvəlinin ilk üç pilləsində Vadim Malaxatko, Nikita Mairov və Nicat Abbasov qərarlaşıb.

Ölkənin müxtəlif regionlarından 92 şahmatçının mübarizə apardığı “B” qrupunda da liderlər məlum olub. Beş şahmatçı - Babək Cəfərli, Çingiz Rzayev, Ağazahir İlyaslı, İlkin Rəhimli və Uğur İlyaslı hər üç turda qələbə qazanaraq liderliyə yüksəlib.

“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının “C” qrupunun liderləri naxçıvanlı zəka sahibləridir. Belə ki, 12 yaşlı Həsən Həşimli (Culfa), Ayxan Zeynalov (Şərur), 10 yaşlı Elçin Rza (Ordubad) üç turdan sonra maksimim xal toplayıblar.

Xəbər 796 dəfə oxundu.