IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə boulinq yarışı təşkil olunacaq
Mayın 7-də “Aygün City”də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə boulinq yarışması və konsert proqramı təşkil olunacaq.

Yarış Gənclər və İdman Nazirliyinin əməkdaşları, jurnalistlər, idmançılar və estrada ulduzları arasında keçiriləcək.

IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də Bakıda təşkil olunacaq. 50-dən çox İslam ölkəsindən olan üç mindən çox atlet idmanın 20 növü üzrə on yarış günü ərzində mübarizə aparacaqlar. Yarışlar Bakının ən müasir 16 idman meydançasında təşkil olunacaq. İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas məqsədi İslam ölkələri arasında həmrəylik və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi və müsəlman gəncləri arasında əlaqələrin inkişaf etdirilməsidir.

Xəbər 1844 dəfə oxundu.