Sərbəst və qadın güləşçilərimiz Avropa ikincisi olublar
Serbiyanın Novı Sad şəhərində Avropa çempionatda sərbəst və qadın güləşçilərimiz ümumi komanda hesabında ikinci olublar.

Qadın güləşçilərimiz çempionatı 1 qızıl və 2 bürünc medalla tamamlayıblar. Qızıl medalı komandamıza Mariya Stadnik (48 kq), bürünc medalları isə Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) qazandırıblar.

Bu nəticə ilə qadın güləşçilərimiz komanda hesabında 45 xalla Avropa ikincisi olublar. Rusiya 55 xalla birinci, Belarus isə 43 xalla üçüncü yeri tutub.

Sərbəst güləşçilərimiz çempionatı 1 qızıl, 3 gümüş və 1 bürünc medalla yekunlaşdırıblar. Qızıl medalı yığmamıza Giorgi Edişeraşvili (57 kq) qazandırıb. Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) gümüş, Ruslan Dibirhacıyev (70 kq) isə bürünc medala sahib olublar.

Bu nəticə ilə sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa ikincisi olublar. Rusiya 62 xalla birinci, Türkiyə isə 53 xalla üçüncü yeri tutub.

Xəbər 671 dəfə oxundu.