Türkiyə IV İslam Həmrəyliyi Oyunlarına 345 idmançı ilə qatılacaq
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Türkiyə 345 idmançı ilə təmsil olunacaq. Bundan başqa, idman üzrə 50 məsul şəxs də heyətə daxil edilib.

Rəsmi məlumata görə, onlar 14 idman növü üzrə yarışlarda güclərini sınayacaqlar. Yarışlarda iştirak edəcək idmançılardan 207-si kişi, 138-i qadındır.

АZƏRTAC

Xəbər 570 dəfə oxundu.