Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan mini futbol turniri keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Qax şəhərində keçirilən mini futbol üzrə şəhər turniri “Meh-Topaz” komandasının qələbəsi ilə başa çatıb.

Rayon Gənclər və İdman İdarəsinin və YAP rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə aprelin 16-da Qax Olimpiya İdman Kompleksində startı verilən turnirdə rayonda fəaliyyət göstərən müəssisə və təşkilatları təmsil edən 12 komanda mübarizə aparıb.

Turnirdə sonrakı yerləri DSMF rayon şöbəsinin, Su-kanal idarəsinin və rayon təhsil şöbəsinin komandaları tutublar.

Turnirin bağlanış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək, ümummilli lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulayıb, hazırda ölkəmizdə bu sahənin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb.

Sonda turnirin qaliblərinə kubok, medal və diplomlar təqdim olunub.

Xəbər 1018 dəfə oxundu.