“Bakı”dan vacib qələbə
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, bütün görüşlərdə məhsuldarlıq qeydə alınıb. 4 matçda qapılara 16 top vurulub. Bu isə hər oyuna orta hesabla 4 qol deməkdir.
Yarımfinala çıxmağa ən şanslı komanda səfərdə qalib gələn “Neftçi”ni saymaq olar. Hər halda, ilk “altılıq”dan kənarda qalan “Kəpəz” Bakıdakı cavab matçında son çempiona 2 top fərqi ilə qalib gəlməlidir. Bunu reallaşdırmaq asan olmayacaq.

“Qarabağ” səfərdə “Qəbələ” ilə 2:2 hesablı bərabərliyə qalmaqla, yarımfinala çıxmağa daha şanslı oldu. Çünki kubokda səfərdə vurulan qolların əhəmiyyəti böyükdür.
“Xəzər Lənkəran” da rəqib meydanında 2 qol vursa da, hesabda üstünlüyünü qoruya bilmədi. “İnter”in qazandığı qələbə şansını bir qədər artırır ki, bu da səfərdə istənilən bərabərliklə mərhələ adlayacağı deməkdir. Ancaq digər tərəfdən, lənkəranlılara evdə 1:0, 2:1 hesablı qələbə də yetərlidir.

“Bakı” isə inamlı qələbə qazandı. Əsas ümidlərini 2 dəfə qalibi olduğu ölkə kubokuna bağlayan “zolaqlılar”, AzAL-la səfər matçında minimal hesablı məğlubiyyət müqabilində də yarımfinala çıxa biləcək. Qeyd edək ki, cavab oyunları martın 28-də keçiriləcək.

Azərbaycan kuboku. 1/4 final mərhələsi
İlk oyunlar

14 mart

“İnter” – “Xəzər Lənkəran” - 3:2
Qol: Nizami Hacıyev, 40; Krastovçev Enyo, 78; Girts Karlsons, 85 (pen) - Elnur Abdullayev, 46; Rendal Brenes, 57
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
Bakı. “Şəfa” stadionu

“Qəbələ” – “Qarabağ” - 2:2
Qol: Viktor Mendi, 41; Luiz Paulo Hillario, 65 - Rauf Əliyev,46; Müarəm Müarəm, 90
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Vaqif Musayev, İnqilab Məmmədov
Qəbələ. Böyük Əmili qəsəbə stadionu

“Kəpəz” – “Neftçi” - 1:2
Qol :Yuri Fomenko, 84 - Denis Silva, 27; Elşən Abdullayev, 79
Qırmızı vərəqə: Nikolay Svejentsev, 90+3 (“Kəpəz”, birbaşa)
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, İlham Əliyev, Fuad Həsənov
Gəncə. Şəhər stadionu
Fərid Quliyev, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə

“Bakı” – AzAL- 3:1
Qol: Aleksandar Soliç, 28; Deividas Çesnauskis, 59; Koke, 64 - Şəhriyar Rəhimov, 68
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Yaşar Abbasov, Elçin Məmmədov
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

Xəbər 1031 dəfə oxundu.