“Neftçi” klubu U-14 Liqasının qalibi olub
Kapital Bank Arenada keçirilmiş final oyunu ilə AFFA-nın U-14 Liqasının 2016/2017-ci il mövsümünə yekun vurulub.

Mövsümün son oyununda “Neftçi” və TİM (Gəncə) komandaları üz-üzə gəliblər. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 qol vuran paytaxt təmsilçisi liqanın qalibi olub. Üçüncü yeri isə “Qəbələ” komandası tutub.

Oyundan sonra mükafatlandırma mərasimi keçirilib.

Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev və “Sumqayıt” klubunun baş meneceri Ceyhun Sultanov təqdim ediblər.

TİM komandasının üzvü Ümid Səmədov 55 qolla liqanın ən məhsuldar futbolçusu olub. Kənan Kərimov isə (TİM) turnirin ən yaxşı oyunçusu seçilib.

Xəbər 624 dəfə oxundu.