Güləş üzrə Avropa çempionatının dördüncü günündə daha 4 medal şansı
Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığma komandaları da mübarizə aparır.

Güləşçilərimiz ilk üç yarış günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Təmsilçilərimiz Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Murad Süleymanov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) bürünc medala sahib olublar.

Dördüncü yarış günündə 58 və 69 kiloqramda qadın, 70 və 125 kiloqram çəkidə isə sərbəst güləşçilər mübarizə aparırlar. Bu çəkilərdə ölkəmizin idman şərəfini Nataliya Sinişin (58 kq), Elis Manolova (69 kq), Ruslan Dibirhacıyev (70 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qoruyurlar.

Xəbər 781 dəfə oxundu.