“Bakı-2017”də boks yarışlarının təqvimi dəqiqləşib
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutacaq boks yarışlarının təqvimi dəqiqləşib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Bakı Kristal Zal-2”də təşkil olunacaq yarış mayın 12-də başlayacaq.

İlk döyüşün startı saat 12:00-da veriləcək. Mayın 16-dək ilkin mərhələlərin görüşləri baş tutacaq. Ertəsi gün yarımfinallar, mayın 18-də finallar keçiriləcək. Həlledici döyüşlər saat 16:00-dan 20:00-dək olacaq.

Qeyd edək ki, kişi boksçular arasında təşkil olunacaq turnirdə Azərbaycan yığmasının şərəfini 10 idmançı qoruyacaq.

İlkin mərhələlər

12 may

12:00-15:00. 69 kq, 75 kq, +91 kq

13 may

12:00-15:30. 60 kq, 81 kq

18:00-20:30. 56 kq, 91 kq

14 may

12:00-15:00. 64 kq, 69 kq, 75 kq

18:00 – 21:00. 64 kq, 69 kq, 75 kq

15 may

12:00-15:45. 49 kq, 52 kq, +91 kq

18:00 – 21:00. 56 kq, 75 kq, 81 kq

16 may

12:00-15:00. 60 kq, 64 kq, 91 kq

18:00-21:00. 49 kq, 52 kq, 69 kq

Yarımfinallar

17 may

12:00-14:30. 49 kq, 56 kq, 64 kq, 75 kq, 91 kq

19:00 – 21:30. 52 kq, 60 kq, 69 kq, 81 kq, +91 kq

Finallar

18 may

16:00-20:00. 49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq, +91 kq

Xəbər 720 dəfə oxundu.