Kişi həndbolçularımız Ukraynanın “Şaxtyor” komandasına qalib gəliblər
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqları davam etdirən həndbol üzrə kişilərdən ibarət Azərbaycan yığması təlim–məşq toplanışı çərçivəsində mayın 4-də “ABU-Arena”da Ukraynanın “Şaxtyor” komandası ilə yoldaşlıq oyunu keçirib.

Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, qarşılaşma 34:29 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Xəbər 534 dəfə oxundu.