“Tur Azərbaycan” yarışlarına tamaşa etmək üçün 5 səbəb
Bütün dünyanın İtaliyada velosiped yürüşlərini izlədiyi bir vaxtda kontinental peloton həmin veloyürüşdən heç də geri qalmayan, getdikcə daha da məşhurlaşan yürüşlərdə iştirak etməyə hazırlaşır. Məsələn, mayın 3-dən 7-dək ölkəmizdə keçirilən “Tur Azərbaycan” kimi yürüşlərdə.

X X X

Gələcək peşəkarlar axtarışında

“Tur Azərbaycan” 2015-ci ildə qələbə qazanmış Primoj Roqliç və xüsusən, 2014-cü ilin qalibi olmuş İlnur Zakarin kimi gələcək ulduzları üzə çıxarmaq üçün gözəl imkandır. Sloveniyalı və rusiyalı yürüşçülər məhz “Tur Azərbaycan”da qazandıqları qələbədən sonra məşhurlaşıblar. Bu yürüş onların karyerasında dönüş mərhələsinə çevrilib.

Eyni sözləri Mixael Şvartsman barədə də demək olar. O, 2016-cı il yürüşünün sonuncu mərhələsində qələbə qazanıb. Bundan bir neçə ay sonra “Vuelte” turnirində iştirak edib və qələbənin bir neçə addımlığında onu əldən verib.

Beləliklə, 2017-ci ildə bizi nələr gözləyir? Bu dəfə amerikalı Ansel Diki (22 yaş, “CCB Velotooler”) və qazaxıstanlı Vadim Pronski (18 yaş, “Astana City”) diqqət mərkəzində olacaqlar. Onların hər ikisi böyük ümidlər verir.

Dünya turunun veloyürüşlərinə layiq Pirqulu yoxuşu ilə tanışlıq

Pirqulu yoxuşu “Tur Azərbaycan” iştirakçılarının aşacağı yeganə maneə olmasa da, hər halda bu maneələrdən ən çətinidir. İsmayıllıya gedən yoxuşların uzunluğu 5 kilometrdən çoxdur. Qəbələ yolunda sonuncu yoxuşun ilk baxışda nəzərə çarpmayan enişi var. Hətta ən təcrübəli sprinterlər marşrutun bu hissəsinin öhdəsindən sürətlə gələ bilmirlər. Azərbaycanda yarışların dördüncü əsas hissəsi Pirquluda dəniz səviyyəsindən 1300 metr yüksəklikdə keçirilir.

Buna görə də yürüşçülər maililiyi orta hesabla 4 faiz olan yoxuşu saatda 18 kilometr sürətlə qət etməli olurlar. Amma orta göstəriciyə bel bağlamaq olmaz. Yol çox nahamvardır: yoxuşun haradasa ortalarından 2 kilometr uzanan düz sahə başlayır. Finişin bir neçə kilometrliyində eniş bucağı 8 faizdən çox olur. Bu hissə favoritlərin digər yürüşçülərdən onları ayıran məsafəni artırmaları üçün ideal fürsətdir. Yeri gəlmişkən, İ.Zakarin 2014-cü ildə veloturun məhz Pirqulu hissəsində qələbə qazanıb.

Keçmiş liderləri trasda görmək şansı

Peloton ulduzlarının kontinental yarışlara cəlb olunmasında çətinliklər yarandığı halda, hazırda kiçik komandaların heyətində çıxış edən keçmiş məşhurlara belə yarışlarda tez-tez təsadüf olunur.

Belə ki, 2010-cu ildə “Ciro d`İtaliya” mərhələsinin qalibi olmuş fransız Damyen Monyeni (“Bridgestone Anchor Cycling”), habelə 2012-ci ildə Turda 12-ci yeri tutmuş rusiyalı Eduard Vorqanovu (“Minsk” velosiped klubu) yenidən startda görmək olar.

Azərbaycan ilə tanış olmaq imkanı

Bu, bəlkə də aşkar görünə bilər, amma televiziya ilə yayımlanan “Tur Azərbaycan” kimi tədbirin təşkili Azərbaycan sakinləri üçün ilk növbədə “Tur de Frans” Fransanı məşhurlaşdırdığı kimi ölkəmizin də populyarlığını artırmaq imkanıdır. Bakıda İçərişəhərdən (UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib) və daş döşənmiş dar küçələri olan köhnə məhəllədən keçən yol veloyürüş həvəskarlarına “Strada Byanke” turnirində Siyena boyu yolu xatırladır.

Bundan əlavə, siz Qəbələdə olacaqsınız. “Lill” komandasını Avropa Liqasından sıxışdırıb çıxarmış və “Sen-Etyen” klubunu qıcıqlandırmağı bacarmış futbol klubu bu bölgəni təmsil edir. Qız qalasını və yarışların ikinci mərhələsinin keçdiyi İsmayıllı qalasını da xatırlatmaq yerinə düşərdi.

İdmançıların unikal maykaları

“Quick-Step Floors” kimi bəzi velosiped komandalarının maykaları xoşunuza gəlirmi? Hesab edirsiniz ki, onların bəziləri bir o qədər də uğurlu deyildir? Kontinental komandaların maykalarına diqqət yetirin. Onların arasında da unikal olanları var.

Azərbaycanın “Synergy Baku Cycling Project.S” komandasının qara-ağ (çəhrayı ilə ?) rəngli maykasına diqqət yetirin.

“Kolss Cycling Team “ komandasının göy-yaşıl rəngli çox gözəl maykasını da qeyd etməyə dəyər. Sizə söz veririk ki, burada indiyədək heç yerdə görmədiyiniz maykalara təsadüf edəcəksiniz.

Xəbər 920 dəfə oxundu.