Serbiyada güləş üzrə Avropa çempionatı davam edir
Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığma komandaları da mübarizə aparırlar.

Güləşçilərimiz ilk iki yarış günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş, Tatyana Omelçenko (60 kq) bürünc medala sahib olub.

Üçüncü yarış günündə 55 və 75 kiloqramda qadın, 61 və 74 kiloqram çəkidə isə sərbəst güləşçilər mübarizə aparırlar. Bu çəkilərdə ölkəmizin idman şərəfini Alyona Kolesnik (55 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Murad Süleymanov (74 kq) qoruyurlar.


Xəbər 1244 dəfə oxundu.