Azərbaycan tamblinqçiləri Kiyevdə uğurla çıxış ediblər | |
Azərbaycanın gənc tamblinqçiləri Kiyevdə beynəlxalq turnirdə iştirak ediblər. 2005-2006-ci il təvəllüdlü yaş kateqoriyasında çıxış edən gimnastlarımız Adil Hacızadə (59,9 xal) və Zeynəb Qasımlı (62,7 xal) çoxnövçülükdə qızıl medal əldə ediblər. Digər tamblinqçimiz Tofiq Əliyev isə 2003-2004-cü il təvəllüdlü gimnastlar arasında mübarizə apararaq çoxnövçülükdə gümüş medal (56,3 xal) qazanıb. Azərbaycan təmsilçisi, həmçinin digər hərəkətlər üzrə 1 bürünc (53,3 xal) və 1 qızıl (62,2 xal) medala layiq görülüb. |
|
Xəbər 483 dəfə oxundu. |
|
|