Foqts Qəbələyə getdi, Süleymanov Bakıda qaldı
Azərbaycan milli komandasının məşqçiləri bu gün Azərbaycan kuboku uğrunda yarışın 1/4 final mərhələsinin ilk oyunlarını izləyəcəklər. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts ötən həftəsonu olduğu kimi, yenə Qəbələdə olacaq.

Keçən bazar “Qəbələ”nin “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldiyi çempionat matçını izləyən almaniyalı mütəxəssis, bu dəfə yerli komandanın “Qarabağ”la kubok sınağına fəxri lojadan tamaşa edəcək. Onun özünə yeni götürdüyü köməkçisi Nazim Süleymanov isə Bakıda keçiriləcək “İnter” - ”Xəzər Lənkəran” matçına baxmaq üçün “Şəfa” stadionunda olacaq.

Xəbər 987 dəfə oxundu.