Salyanda mini futbol üzrə rayon birinciliyinə start verilib
Salyanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə rayonun idarə, müəssisə və təşkilatlarının komandaları arasında mini futbol üzrə rayon birinciliyinə start verilib.

Bu münasibətlə rayondakı Olimpiya İdman Kompleksində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkə idmanının inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə, o cümlədən idmanda əldə olunan nailiyyətlərdən söz açıb və yarış iştirakçılarına uğurlar arzulayıb.

Sonra yarışlara start verilib. İlk turda rayon polis şöbəsi ilə “N” saylı hərbi hissənin komandaları qarşılaşıb. Oyun 2:2 hesabı ilə heç-heçə nəticələnib.

Qeyd edək ki, yarış hər qrupda 4 komanda olmaqla, iki qrup arasında 10 gün davam edəcək.

Xəbər 632 dəfə oxundu.