Yunan-Roma güləşi üzrə yığma komandamıza yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə yığma komandamızın məşqçilər korpusunda dəyişiklik edilib. Federasiya rəhbərliyinin qərarına əsasən, gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donat böyüklərdən ibarət komandaya baş məşqçi təyin edilib.

Yığma komandanın baş məşqçi əvəzi Akif Əliyev böyüklərdən ibarət yığmanın böyük məşqçisi təyin edilib.

Böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi İlqar Abdulov isə gənclərdən ibarət yığmanın böyük məşqçisi kimi fəaliyyət göstərəcək.

Xəbər 727 dəfə oxundu.