Marafonun gənc iştirakçısı: Finişə çatdıqdan sonra inanmağım gəlmirdi ki, 21 kilometr məsafə qaçmışam
Marafonda ilk dəfədir iştirak edirəm. “Bakı Marafonu-2017”də 500-ci yeri tutdum.

Bu sözləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”də iştirak edən Bakının Binəqədi rayonunda 182 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Elçay Xəlili müsahibəsində deyib.

Ötən il marafon çox xoşuma gəldi və bu yarışa həvəs göstərdiyim üçün “Bakı Marafonu-2017”yə mən də qoşuldum. Finişə çatdıqdan sonra inanmırdım ki, Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionunadək 21 kilometr məsafə qaçmışam.

Qeyd edək ki, “Bakı Marafonu-2017”nin ən yaşlı iştirakçısı bu vaxtadək müxtəlif ölkələrdə 40-dək marafona qoşulan 78 yaşlı Tarverdi Əliyev olub. O, “Bakı Marafonu-2016”da da iştirak edib və həmin il də ən yaşlı marafonçu olmuşdu.

Ümumiyyətlə, yarışa 1000-dən çoxu xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə, 13 mindən artıq insan qatılıb.

Xəbər 521 dəfə oxundu.