Bədii gimnastika üzrə dünya kubokunda fərdi çıxışlar üzrə qaliblər mükafatlandırılıb
Aprelin 30-da Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda fərdi çıxışlar üzrə qaliblər mükafatlandırılıb.

Milli Gimnastika Arenasında keçirilən mükafatlandırma mərasimdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) texniki nümayəndəsi Daniela Dellekyai və bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva iştirak ediblər.

Qeyd edək ki, bu gün bədii gimnastika üzrə dünya kubokunun sonuncu günündə fərdi gimnastların halqa, top, gürz və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Xəbər 624 dəfə oxundu.