Dünya Kubokuna 5 gimnastla
Martın 16-18-də Kiyevdə bədii gimnastika üzrə dünya kuboku keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, burada 46 ölkənin gimnastının iştirakı gözlənilir. Böyüklərin yarışında ölkəmizi Lalə Yusifova təmsil edəcək. Onunla yanaşı, yeniyetmələr arasında keçirilən paralel yarışda iştirak etmək üçün Ukrayna paytaxtına daha dörd gimnast yollanacaq. Bunlar Mənsurə Bağıyeva və Yekaterina Prokopenko (hər ikisi 1997-ci il təvəllüdlü) və Gülsüm Şəfizadə və Nülufər Niftalıyevadır (hər ikisi 1998-ci il təvəllüdlü).

Xəbər 1173 dəfə oxundu.