Şəmkirdə Vüqar Həşimov memorialının yekun turu keçirilir
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan IV şahmat turnirinin yekun turu keçirilir.

Memorialın səkkizinci turunda turnirin lideri Şəhriyar Məmmədyarov Polşa təmsilçisi Radoslav Voytaşekə məğlub olub. Rusiya şahmatçısı Vladimir Kramnik İngiltərə təmsilçisi Maykl Adamsı, Sergey Karyakin isə ukraynalı Pavel Elyanovu məğlub edib.

Veselin Topalov (Bolqarıstan) ilə Pentala Harikrişna (Hindistan), Uesli So (ABŞ) və Teymur Rəcəbov (Azərbaycan) arasında partiya heç-heçə başa çatıb.

Səkkinci turdan sonra vəziyyət belədir: Şəhriyar Məmmədyarov 5, Veselin Topalov və Uesli So hər biri 4,5 xal, Vladimir Kramnik, Sergey Karyakin, Radoslav Voytaşek və Mayk Adams hər biri 4, Pavel Elyanov və Teymur Rəcəbov hər biri 3,5, Pentala Harikirişna isə 3 xal toplayıb.

Doqquzuncu turda Şəhriyar Məmmədyarov - Veselin Topalov, Pavel Elyanov - Vladimir Kramnik, Teymur Rəcəbov - Sergey Karyakin, Pentala Harikrişna - Uesli So, Maykl Adam - Radoslav Voytaşek qarşılaşır.

Birinci yer uğrunda tay-breyk keçirilə bilər.

Xəbər 640 dəfə oxundu.