Qadın həndbolçularımız Rusiyanın “Rostov–2” komandasına qalib gəliblər
Qadın həndbolçulardan ibarət Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunları ərəfəsində təlim–məşq toplanışını davam etdirir.

Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, hazırlıq çərçivəsində yığmamız aprelin 28-də və 29-da “ABU-Arena”da Rusiyanın “Rostov–2” komandası ilə yoldaşlıq oyunları keçirib. Həndbolçularımız hər iki oyunda 34:16 və 34:20 hesabı ilə qalib gəliblər.

Yoldaşlıq görüşləri mayın 2-dək keçiriləcək.

Xəbər 783 dəfə oxundu.