Azərbaycan Həndbol Federasiyasının ofis ünvanı dəyişib
Azərbaycan Həndbol Federasiyası (AHF) “ABU Arena”da fəaliyyət göstərən ofisinin ünvanını dəyişib.

AHF-dən bildirilib ki, federasiya daha rahat, geniş və müasir standartlara cavab verən yeni ofisə köçürülüb. Hazırda federasiya son dərəcə əlverişli məkanda – paytaxtın Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən avtomobil yolunda yerləşən “SDN” Biznes Mərkəzində fəaliyyətini davam etdirir. Müasir avadanlıqlarla və yeni üslubda tərtib edilən ofis mərkəzin 14-cü mərtəbəsində yerləşir. Ofisin foyesində federasiyanın fəaliyyətini əks etdirən guşə yaradılıb.

Mükəmməl infrastruktura malik ofisdə fəaliyyət üçün hərtərəfli şərait var.

Xəbər 1035 dəfə oxundu.