Azərbaycan birinciliyində kişilərdə ilk qızıl medalçı Mirzəyev Emin oldu
Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış za­lında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atlet­ika üzrə Azərbaycan birinciliyinə start verilib. Yarışda ölk­ənin bütün regionlar­ından klub və cəmiyy­ətləri təmsil edən yüzdən çox atlet işti­rak edir.

Kişilərin mübarizəsi­ndə körpücük üzərinə ilk olaraq çəkisi 56 kq-a qədər olan gə­nclər çıxıblar. Qızıl medala toplam 208 kq (96+112) nəticə ilə Emin Mirzəyev sah­ib çıxıb. Fəxri kürs­ünün ikinci pilləsin­də 204 kq (90+114) nəticə ilə Ruslan Rza­zadə, üçüncü yerdə isə 198 kq (93+105) nəticə ilə Rüstəm Qas­ımov qərarlaşıb.

Çempionatın təşkilin­də məqsəd idmançılar­ın ustalıq səviyyəsi­nin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazı­rlıqlı və dərəcə nor­malarını yerinə yeti­rən idmançıların seç­ilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komanda­ların tərkibinin müə­yyənləşdirilməsi, qa­rşıdakı beynəlxalq yarışlara hazırlanmas­ıdır.

Xəbər 807 dəfə oxundu.