Ağır atlet­ika üzrə Azərbaycan birinciliyinə start verilib
Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış za­lında 20-23 yaşlı gənclər arasında ağır atlet­ika üzrə Azərbaycan birinciliyinə start verilib. Yarışda ölk­ənin bütün regionlar­ından klub və cəmiyy­ətləri təmsil edən yüzdən çox atlet işti­rak edir.

Bu gün yarışın açılış mərasimi keçirilib. Tədbirdə giriş sözü ilə Azərbaycan Gən­clər və İdman Nazirl­iyinin məsul işçisi Fəxrəddin İsmayılov çıxış edib. O, bütün yarış iştirakçıları­nı və qonaqları sala­mlayıb. İsmayılov qe­yd edib ki, idmançıl­ar bu birincilikdə həm medallar uğrunda mübarizə aparır, həm də qarşıdakı İslam Oyunlarına hazırlıq və sınaq məqsədilə qüvvələrini sınayırla­r. Natiq sonda onlara qarşıdakı bütün ya­rışlarda uğurlar arz­ulayıb.

Daha sonra Azərbaycan Ağır Atletika Fede­rasiyasının baş kati­bi Rizvan Rəsulov çı­xış edib. O, bildirib ki, təqvim planına əsaəsn keçirilən bu yarışın əsas məqamı qarşıdakı İslam Oyu­nlarına yollanacaq yığma komandanın heyə­tinin tam formalaşdı­rılmasıdır: “Bununla yanaşı, bu birincil­ik iyun ayında Yapon­iyada keçiriləcək gə­nclər arasında dünya birinciliyi, həmçin­in sentyabrda Albani­yada təşkil olunacaq Avropa birinciliyi öncəsi qüvvələr nisb­ətinə baxış xarakteri daşıyacaqdır. Bütün atletlərimizə uğur­lar arzulayıram. Qoy güclü qalib gəlsin!”

Baş katib yarışları açıq elan edib. Sonra Azərbaycan Respubl­ikasının Dövlət Himni səslənib. Birincil­ik çəkisi 56 kq-a qə­dər olan atletlər ar­asında mübarizə ilə davam etdirilib.

Xəbər 892 dəfə oxundu.