Azərbaycan idmançısı Xarkovda beynəlxalq yarışda mübarizəyə qoşulub
“Judo Club 2012” idman klubunun üzvü Cavid Mahmudlu şaolin döyüş növü üzrə beynəlxalq yarışlarda uğurla çıxış edir. İdmançımız aprelin 28-də növbəti turnirə - Ukraynanın Xarkov şəhərində start götürən qarışıq döyüş növləri üzrə beynəlxalq yarışa qatılıb.

Cavid Mahmudlu yarışa yola düşməzdən əvvəl söhbətində deyib: “Azərbaycanda idmanın inkişafına və idmançılara göstərilən dövlət qayğısı bizi daim qələbəyə, beynəlxalq yarışlarda bayrağımızın yüksəldilməsi üçün fədakarlıqla mübarizə aparmağa ruhlandırır. Ölkəmizdə keçiriləcək nüfuzlu idman tədbiri - IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Vətənə qələbə ilə qayıtmağa çalışacağam”.

Yarışa aprelin 29-da yekun vurulacaq.

AZƏRTAC

Xəbər 664 dəfə oxundu.