“Turan Tovuz”a çempionluq kuboku təqdim olunub
Futbol üzrə Azərbaycan birinci divizionunun 2016/2017-ci illər mövsümünün qalibi olan “Turan Tovuz”a qızıl medallar və çempionluq kuboku təqdim olunub.

Birinci divizion çərçivəsində keçirilən “Turan Tovuz”–“Qaradağ Lökbatan” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimi təşkil edilib.

Çempion komandaya medalları və kuboku Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov, eləcə də veteran futbolçular, AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov təqdim ediblər.

Xəbər 589 dəfə oxundu.