Azərbaycan komandası IV İslam Həmrəyliyi Oyunlarında 335 idmançı ilə təmsil olunacaq
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına 15 gün qalır. Oyunlarda Azərbaycan yığması 335 idmançı ilə təmsil olunacaq.

Mayın 12-22-də keçiriləcək yarışda komandamız bütün yarış növlərində mübarizə aparacaq.

Yarışın rəsmi açılış mərasimi mayın 12-də olsa da, İslam Həmrəyliyi Oyunları mayın 8-də futbol yarışı ilə start götürəcək.

Xəbər 675 dəfə oxundu.