Binəqədidə “Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının tarixi əhəmiyyəti” mövzusunda seminar keçirilib
Binəqədi rayonunda “Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının tarixi əhəmiyyəti” mövzusunda seminar keçirilmişdir.

Aprelin 27-də Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin konfrans zalında “Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının tarixi əhəmiyyəti” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva açaraq bildirib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə irimiqyaslı beynəlxalq tədbirlər, idman yarışları keçirilir. Bu yarışlar istər təşkilatçılıq və icra, istərsə də yarışlarda idmançılarımızın qazandığı nailiyyətlər baxımdan müstəqillik tariximizdə xüsusi yer tutur. IV İslam Həmrəyliyi Oyunlarının da mükəmməl şəkildə həyata keçirilməsi məqsədilə ölkəmizdə, o cümlədən Binəqədi rayonunda ciddi işlər görülür.

Sonra Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova 13-26 aprel 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Prezidentinin keçirdiyi görüşlər, qəbullar, iştirak etdiyi tədbirlər, imzaladığı Sərəncamlar və Fərmanlar barədə məlumat verib.

Seminarın ikinci hissəsində Milli Olimpiya Komitəsinin Marketinq İdarəsinin rəisi Mehman Kərimov “Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının tarixi əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib.

Xəbər 670 dəfə oxundu.