Qitədə «ən yaxşımız» Zeynəb oldu
Türkiyənin Qaziantəp şəhərində qalınlar arasında Avropa çempionatına yekun vurulub. İdman.com.az saytının məlumatına görə, çempion adını 8,5 xalla rusiyalı Valentina Qunina qazanıb. Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni 6 xalla 41-ci yeri tutan Zeynəb Məmmədyarova göstərib. 5,5 xalla Gülnar Məmmədova 45-ci, Türkan Məmmədyarova 56-cı, Nərgiz Umudova 57-ci yerləri tutublar.

Xəbər 984 dəfə oxundu.