“Shamkir Chess-2017” şahmat turniri davam edir
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2017” şahmat turnirinin altıncı turuna start verilib.

Altıncı turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramnik, Teymur Rəcəbov isə polşalı Radoslav Voytaşek ilə qarşılaşır.

Digər görüşlərə gəlincə, ingiltərəli Maykl Adams Hindistan təmsilçisi Pentala Harikrişna, Bolqarıstan şahmatçısı Veselin Topalov ukraynalı Pavel Elyanov, ABŞ təmsilçisi Uesli So isə Sergey Karyakin (Rusiya) ilə münasibətlərinə aydınlıq gətirir.

Beş turdan sonra Ş.Məmmədyarov 3,5 xalla turnir cədvəlinin vahid lideridir. P.Elyanov və M.Adams 3 xalla 2-3-cü yerləri bölüşürlər. V.Topalov, V.Kramnik, U.So və S.Karyakinin hesabında 2,5 xal var. R.Voytaşek və T.Rəcəbov 2 xalla 8-9-cu pillədə yer alıblar. P.Harikrişna isə 1,5 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Xəbər 866 dəfə oxundu.