Paralimpiyaçılar arasında armrestlinq üzrə muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən paralimpiyaçılar arasında armrestlinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb.

2 çəki dərəcəsində keçirilən birincilikdə 20-yə yaxın paralimpiyaçı iştirak edib. 75 kiloqramadək çəki dərəcəsində I yerə Turan Hüseynov, II yerə Allahverdi Məmmədov, III yerə Məmili Məmmədov, 75 kiloqramdan yuxarı çəki dərəcəsində isə I yerə Vüqar Sadiqov, II yerə Ələkbər Salmanov, III yerə Nəriman Mehdiyev layiq görülüblər.

Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının qiymətli hədiyyələri təqdim olunub.

Xəbər 648 dəfə oxundu.