Hər şey sabah həll olunacaq
Özbəkistan paytaxtı Daşkənddə şahmat üzrə Ağzamov memorialı davam edir. İdman.com.az saytı xəbər verir ki, bu gün turnirdə istirahət günü olub. Sabah isə son turda Rauf Məmmədov rusyialı Boris Qraçovla, Qədir Hüseynov qazaxıstanlı Rüstəm Xusnutdinovla qarşılaşacaqlar. Xatırladaq ki, hər iki şahmatçımız 6 xalla lider cütlüyünü yarım xal məsafədən izləyən qrupdadır.

Xəbər 938 dəfə oxundu.