Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət millimizin “Bakı-2017” üçün heyəti açıqlanıb
Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Baş məşqçi Samit Nuruzadə Bakıda keçiriləcək yarışda Amil Həmzəyev, Zaur Paşayev, David Barbakadze və Marşall Mozesə şans verəcək.

Qeyd edək ki, “Bakı-2017”də “A” qrupunda mübarizə aparacaq millimiz Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan basketbolçuları ilə qarşılaşacaq.

Xəbər 1444 dəfə oxundu.