V Zirvə Oyunları keçiriləcək
Mayın 4-9-da AAAF PARK Yaşayış Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş V Zirvə Oyunları keçiriləcək. “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləri ilə məşğul olan idmançıların qatılacağı yarış artıq ənənə halını alıb.

Builki yarışda 3 idman növü – ağır atletika, cüdo və bədii gimnastika üzrə qaliblər müəyyənləşəcək.

Zirvə Oyunlarının keçirilməsində məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Xəbər 770 dəfə oxundu.