Azərbaycan triatlonçusu beynəlxalq reytinq cədvəlində irəliləyib
Beynəlxalq Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.

Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 2 pillə irəliləyib. Belə ki, cari mövsümdə İspaniyada təşkil olunan Avropa kuboku və Mərakeşdə keçirilən açıq Afrika çempionatının qalibi olan R.Pevtsov 2958,29 xalla 16-cı pillədə qərarlaşıb.

Reytinq cədvəlinə ispaniyalı Mario Molaya liderik edir. Böyük Britaniya təmsilçisi Conatan Braunli ikinci, digər ispaniyalı triatlonçu Fernando Alarza isə üçüncüdür.

Xəbər 494 dəfə oxundu.