FHN IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə xüsusi taktiki təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti aprelin 25-də Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz City” otelində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə “Yanğınsöndürmə və xilasetmə işlərinin təşkili” mövzusunda xüsusi taktiki təlim keçirib.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, təlimin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, otel personalı və qonaqların təxliyəsi, onlara ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilib, yanğın təhlükəsizliyi haqqında bröşurlər və plakatlar paylanılıb.

Təlimin ikinci – praktik mərhələsində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin xüsusi texnikası və canlı qüvvəsi, həmçinin Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının iştirakı ilə şərti olaraq, baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər keçirilib.

Təlimə ümumilikdə FHN-in altı xüsusi texnikası və 55 nəfər canlı qüvvəsi cəlb olunub.

Xəbər 547 dəfə oxundu.